Mikayıl Cabbarov: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları da yeni investisiya istiqamətləridir
“Azərbaycan investisiyaların təşviqi üçün geniş dəstək mexanizmləri təqdim edir”.
1news.az xəbər verir ki, bunu Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş IsDB Qrupunun Özəl Sektor Forumunda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, vergi və gömrük güzəştləri, güzəştli maliyyələşdirmə və sənaye parkları investorlar üçün əlverişli imkanlar yaradır.
“Ələt Azad İqtisadi Zonası kimi platformalar biznes üçün hazır infrastruktur təqdim edir”.
Nazir deyib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları da yeni investisiya istiqamətləridir.
“Bu ərazilər Orta Dəhliz üzərində yerləşməklə Azərbaycanın logistika və tranzit mərkəzi kimi rolunu gücləndirir”.












