Azərbaycanda yumurta ucuzlaşdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yumurta ucuzlaşdı

First News Media12:22 - Bu gün
Azərbaycanda yumurta ucuzlaşdı

Son günlər ölkə bazarlarında yumurtanın qiymətində ciddi ucuzlaşma qeydə alınıb.

1news.az xəbər verir ki, əvvəl 1 ədədi 9-17 qəpiyə satılan yumurtalar hazırda bəzi marketlərdə 3-4 qəpiyə təklif olunur. Hətta ayrı-ayrı satış məntəqələrində yumurtanın 1 qəpiyə qədər endirildiyi də bildirilir.

Qiymət enişinin əsas səbəbi kimi mövsümi amillər göstərilir. Yay aylarında yumurta istehlakının azalması, bununla paralel istehsalın artması bazarda təklifin yüksəlməsinə səbəb olur.

Bundan başqa, yumurta ixracının azalmasının da qiymətlərin ucuzlaşmasına təsir göstərdiyi istisna edilmir.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər