Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlanıb

First News Media10:59 - Bu gün
Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlanıb

Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan 1news.az-a verilən xəbərə görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil edən 63 yaşlı Valeh Şükürov saxlanılıb. Onun həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 251 ədəd çətənə bitkisi, eləcə də marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. V.Şükürov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər