Mərdəkənda 3 gün dənizdə batanlardan daha birinin meyiti aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərdəkənda 3 gün dənizdə batanlardan daha birinin meyiti aşkarlandı

First News Media10:05 - Bu gün
Mərdəkənda 3 gün dənizdə batanlardan daha birinin meyiti aşkarlandı

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun meyiti sahildə aşkar edilib.

Bu barədə 1news.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, iyunun 22-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb.

Axtarışlar nəticəsində dalğıc-xilasedicilər tərəfindən iki qardaş - 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlu və 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlu, bundan başqa, 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun meyitləri tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.

Dördüncü şəxs - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları isə davam etdirilirdi.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər