Masallıda çay kənarında çətənə kolları yetişdirməkdə şübhəli bilinən şəxs həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda çay kənarında çətənə kolları yetişdirməkdə şübhəli bilinən şəxs həbs edilib

First News Media10:17 - Bu gün
Masallıda çay kənarında çətənə kolları yetişdirməkdə şübhəli bilinən şəxs həbs edilib

Masallıda çay kənarında çətənə kolları yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 47 yaşlı Babək Səmədov saxlanılıb. Ondan çaykənarı ərazidə aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 95 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə B.Səmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər