Aşura günü keçirilən qanvermə aksiyasında 1701 nəfər donor iştirak edib
Aşura günü münasibətilə ölkə üzrə təşkil olunan könüllü qanvermə aksiyası davam edir.
1news.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aksiya çərçivəsində vətəndaşların fəallığı günün növbəti saatlarında daha da artıb.
Saat 12:00-a olan məlumata görə, qan verən donorların sayı 1701 nəfərə çatıb. Toplanmış qanın ümumi həcmi isə 765,45 litr təşkil edib.
Qeyd edək ki, Aşura günü ilə əlaqədar ölkənin müxtəlif şəhər və rayonlarında qanvermə aksiyaları keçirilir.
74












