Azərbaycan və Həştərxan iqtisadi əlaqələrin gücləndirilməsini müzakirə edib
Azərbaycan və Rusiyanın Həştərxan vilayəti arasında iqtisadi əlaqələrin gücləndirilməsi müzakirə edilib.
1news.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Həştərxanın vitse-qubernatoru-hökumət sədri Denis Afanasyev ilə görüşdə regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi, sənaye, ticarət, nəqliyyat, logistika, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi apardıq. Biznes dairələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə işgüzar platformaların fəaliyyətinin gücləndirilməsinin önəmini vurğuladıq", - deyə o qeyd edib.
81












