Polis Saatlıda əməliyyat keçirdi - Həbs edilənlər var | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis Saatlıda əməliyyat keçirdi - Həbs edilənlər var

First News Media09:43 - Bu gün
Polis Saatlıda əməliyyat keçirdi - Həbs edilənlər var

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı Zamin Həsənli və həmyaşıdı Pərvin Sevindikov saxlanılıblar.

1news.az xəbər verir ki, onlardan 8 kiloqrama yaxın narkotik vasitə olan heroin və marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər