Qaxda narkotik plantasiyası AŞKARLANDI | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaxda narkotik plantasiyası AŞKARLANDI

First News Media10:01 - Bu gün
Qaxda narkotik plantasiyası AŞKARLANDI

Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş 61 yaşlı Həzrətəli Abdullayevi saxlayıb.

1news.az xəbər verir ki, ondan çay sahilində meşəlik ərazidə əkdiyi çətənə kolları aşkar edilib.

Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, H.Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər