Avarçəkənimiz qızıl medal qazandı - Fotolar | 1news.az | Xəbərlər
Cəmiyyət

Avarçəkənimiz qızıl medal qazandı - Fotolar

First News Media12:25 - Bu gün
Avarçəkənimiz qızıl medal qazandı - Fotolar

Litvada akademik avarçəkmə üzrə 64-cü dəfə təşkil edilən ənənəvi “Amber Oars” beynəlxalq turnirində Nurlan Paşayev uğurlu çıxışı ilə yadda qalıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, birnəfərlik qayıqda yüngülçəkili idmançıların yarışında mübarizə aparan idmançımız bütün rəqiblərini qabaqlayaraq çempionluq sevinci yaşayıb.

Beləliklə, Azərbaycan yığmasının turnirdə qazandığı ilk medal qızıl əyarlı olub.

Qeyd edək ki, “Amber Oars” beynəlxalq turniri akademik avarçəkmə üzrə ənənəvi və nüfuzlu beynəlxalq yarışlardan hesab olunur.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər