Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

Qafar Ağayev09:52 - Bu gün
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi
Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü inzibati məsuliyyətə cəlb olunub.

1news.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, qurumun əməkdaşları tərəfindən dövlət qeydiyyat nişanı olmayan və çoxavazlı səs siqnalı ilə təchiz edilmiş "Tofaş" markalı, 77-MQ-054 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb.

Yoxlama zamanı avtomobili idarə edən Tərlan Əliyevin davranışları şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı sürücünün narkotik vasitə qəbul etdiyi müəyyən olunub.

Faktla bağlı T.Əliyev barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Tərlan Əliyev 30 sutka müddətinə inzibati qaydada həbs edilib.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər