Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq

First News Media09:08 - Bu gün
Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Bu gün paytaxtın Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

"Azərişıq"dan 1news.az-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 10-da paytaxtda bir sıra Tranformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Dadaş Bünyadzadə, Arif Mehdiyev, Mirmövsüm Nəvvab, Elşən Müslümov küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov RETSİ-nə daxil olan Yusif Vəzir Çəmənzəminli və Faiq Yusifov küçələrinin bəzi ərazilərində saat 09:00-dan 12:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Paylaş:
89

Son xəbərlər

Messinin atası vəfat edib

08 / 08 / 2026, 15:55
Bütün xəbərlər