Emin Əmrullayev: 4 ildə sertifikatlaşdırma imtahanlarında 104 435 müəllim iştirak edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Emin Əmrullayev: 4 ildə sertifikatlaşdırma imtahanlarında 104 435 müəllim iştirak edib

Oksana Orucova10:52 - Bu gün
Emin Əmrullayev: 4 ildə sertifikatlaşdırma imtahanlarında 104 435 müəllim iştirak edib

"2022–2026-cı illəri ərzində 104 435 müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib".

1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.

"İmtahanlar ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və xarici dil müəllimlərini əhatə edib. 

Sertifikatlaşdırma prosesi üzrə 33 691 ibtidai sinif, 11 457 Azərbaycan dili və ədəbiyyatı, 9 586 riyaziyyat və 14 801 xarici dil müəlliminin qiymətləndirilməsi yekunlaşıb.

Emin Əmrullayev bildirib ki, imtahanda iştirak edən müəllimlərin təxminən 90 faizi uğur qazanıb. Nəticələrə əsasən, 60 818 müəllimə əməkhaqqına 10 faiz, yüksək nəticə göstərən 30 590 müəllimə isə 35 faiz əlavə tətbiq olunub. Beləliklə, ümumilikdə 91 408 müəllimin əməkhaqqısı artırılıb".

Nazir qeyd edib ki, hər iki cəhdində uğur qazana bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verilib.

Emin Əmrullayev vurğulayıb ki, sertifikatlaşdırmanın məqsədi müəllimləri işdən uzaqlaşdırmaq deyil, təhsilin keyfiyyətini yüksəltməkdir. Onun sözlərinə görə, müəllimin peşəkar hazırlığı şagirdlərin gələcək nəticələrinə birbaşa təsir göstərir.
 

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər