Emin Əmrullayev: Həftəyə 5–6 saat işləyən müəllimin nə şagirdə, nə də özünə xeyri var
"Həftəyə cəmi 5–6 saat işləyən müəllimlər əslində yalnız müəllim statusunu qorumaq məqsədilə fəaliyyət göstərirlər".
1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2026: Səriştəli müəllim – keyfiyyətli təhsil" tədbirində çıxışı zamanı deyib.
Nazir həftəlik az dərs yükü ilə çalışan müəllimlərlə bağlı fikirlərini bölüşüb.
"Həftəyə 5–6 saat işləyən müəllim sadəcə müəllim statusunu qorumaq üçün işləyir. O şəxsin nə şagirdə, nə bizə, nə də özünə xeyri yoxdur", – deyə Emin Əmrullayev vurğulayıb.
Nazirin sözlərinə görə, təhsildə əsas məqsəd peşəkar, səriştəli və tam fəaliyyət göstərən müəllim kontingentinin formalaşdırılması, şagirdlərin keyfiyyətli təhsil almasının təmin edilməsidir.












