Deputatlar məzuniyyətə çıxır - Tarix açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputatlar məzuniyyətə çıxır - Tarix açıqlandı

11:37 - Bu gün
Deputatlar məzuniyyətə çıxır - Tarix açıqlandı

Milli Məclisin növbədənkənar sessiyası üzrə son iclası iyulun 14-də keçiriləcək.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, qanunverici orqanın növbədənkənar sessiyası üzrə son iclasıdır.

Qeyd edək ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılır. 

Növbədənkənar sessiya bitdikdən sonra deputatlar tətilə buraxılır.

Paylaş:
129

Son xəbərlər

Bütün xəbərlər