Yeni yaşayış massivinin yollarının bərpasına 1 milyon ayrıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni yaşayış massivinin yollarının bərpasına 1 milyon ayrıldı

First News Media10:44 - Bu gün
Yeni yaşayış massivinin yollarının bərpasına 1 milyon ayrıldı

Fövqəladə Hallar Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Ağsu rayonunun Xatman kəndində yeni salınmış 25 fərdi yaşayış evinin yerləşdiyi massivdə məhəllədaxili asfalt yolları bərpa edəcək.


1news.az xəbər verir ki, layihənin ehtimal olunan dəyəri 1 milyon 37 min manat təşkil edir.

Layihə çərçivəsində yolun yalnız asfalt örtüyü yenilənməyəcək. Eyni zamanda, yolun müəyyən hissəsində torpaq sürüşməsi və çökmə riskinin qarşısını almaq məqsədilə svay əsaslı istinad divarı inşa olunacaq.

Bu məqsədlə diametri 700 millimetr olan quyular qazılacaq, onlar xüsusi borular vasitəsilə möhkəmləndiriləcək və svaylar quraşdırılacaq. Bu konstruksiya yolun dayanıqlığını artıracaq və istismar müddətini uzadacaq.

Qeyd edək ki, layihənin həyata keçirilməsi nəticəsində yeni yaşayış massivində nəqliyyatın hərəkəti daha təhlükəsiz olacaq, yolların deformasiyaya uğrama riski azalacaq və sakinlərin gündəlik gediş-gəlişi daha rahat təmin ediləcək.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər