Azərbaycan və Qazaxıstan miqrasiya sahəsində əməkdaşlığı gücləndirəcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Qazaxıstan miqrasiya sahəsində əməkdaşlığı gücləndirəcək

First News Media16:34 - Bu gün
Azərbaycan və Qazaxıstan miqrasiya sahəsində əməkdaşlığı gücləndirəcək

Azərbaycanın Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Qazaxıstanın Bakıdakı səfiri Alim Bayel iki ölkənin miqrasiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

1news.az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

"Görüş zamanı diplomat fəal siyasi dialoq və iki dövlətin prezidentlərinin müntəzəm qarşılıqlı səfərləri sayəsində ardıcıl olaraq möhkəmlənən Qazaxıstan və Azərbaycan arasında strateji əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib", - diplomatik missiyadan bildirilib.

Həmsöhbətlər Qazaxıstan və Azərbaycanın miqrasiya sahəsində əməkdaşlığının mövcud vəziyyətini və perspektivlərini müzakirə ediblər: "Tərəflər, həmçinin miqrasiya sahəsində müqavilə-hüquq bazasının təkmilləşdirilməsi üzrə işlərin fəallaşdırılması barədə razılığa gəliblər".

A.Bayel görüşdə, həmçinin Qazaxıstan universitetlərindəki azərbaycanlı tələbələrin və Azərbaycanın ali məktəblərindəki qazaxıstanlı tələbələrin sayının artdığını vurğulayıb.

"Bundan əlavə, ölkələr arasında turist axınları, habelə elm, mədəniyyət və təhsil istiqamətləri üzrə nümayəndə heyətlərinin mübadiləsi intensivləşib. Bu tendensiyalar miqrasiya axınlarının davamlı artımına, humanitar əlaqələrin daha da genişlənməsinə töhfə verir və miqrasiya sahəsində səmərəli qarşılıqlı fəaliyyətin aktuallığını artırır", - səfirlikdən bildirilib.

V.Hüseynov öz növbəsində qurumun əsas fəaliyyət istiqamətlərini və Azərbaycanın dövlət miqrasiya siyasətinin prioritetlərini təqdim edib, habelə bu sahədə iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər