Bakının bəzi ərazilərində işıq olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bəzi ərazilərində işıq olmayacaq

First News Media08:40 - Bu gün
Bakının bəzi ərazilərində işıq olmayacaq

Bu gün Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Tağı Şahbazi, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə 1news.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisində yerləşən TM-lərdə icra olunacaq təmir-təftiş işləri zamanı fasilə Nizami Abdullayev küçəsini əhatə edəcək.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər