AmCham Azərbaycanın rəhbərliyində yeni təyinatlar: Birinci vitse-prezident və vitse-prezident seçildi | 1news.az | Xəbərlər
Cəmiyyət

AmCham Azərbaycanın rəhbərliyində yeni təyinatlar: Birinci vitse-prezident və vitse-prezident seçildi

First News Media11:35 - Bu gün
AmCham Azərbaycanın rəhbərliyində yeni təyinatlar: Birinci vitse-prezident və vitse-prezident seçildi

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) 2026–2028-ci illər üzrə İdarə Heyətinin Birinci Vitse-Prezidenti və Vitse-Prezidentinin seçildiyini elan edib.

Qərara əsasən, Oskar Boqopolskiy AmCham Azərbaycanın Birinci Vitse-Prezidenti, Niyazi Əmirbəyov isə Palatanın Vitse-Prezidenti vəzifəsinə seçilib.

Hazırda Oskar Boqopolskiy "McDonald's Azərbaycan" şirkətinin baş icraçı direktoru (CEO), Niyazi Əmirbəyov isə Azərbaycanın ən iri şaquli inteqrasiya olunmuş aqrar-ərzaq şirkətlərindən biri olan AgroDairy-nin baş icraçı direktorudur (CEO).

Yeni vəzifələrində onlar Palatanın prezidenti və İdarə Heyəti ilə sıx əməkdaşlıq edərək təşkilatın strateji prioritetlərinin həyata keçirilməsinə, üzv şirkətlərlə əməkdaşlığın genişləndirilməsinə, dövlət və özəl sektor arasında dialoqun gücləndirilməsinə, eləcə də Azərbaycanda şəffaf, rəqabətqabiliyyətli və dayanıqlı biznes mühitinin təşviqinə töhfə verəcəklər.

Qeyd edək ki, AmCham Azərbaycan ölkənin aparıcı biznes assosiasiyalarından biridir. Palata iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 280-dən çox şirkət və təşkilatı bir araya gətirir və biznes ictimaiyyəti, dövlət qurumları və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın inkişafına dəstək göstərir.

Paylaş:
107

Son xəbərlər

Bütün xəbərlər