Neymar Braziliya millisindəki karyerasını başa vurdu | 1news.az | Xəbərlər
İdman

Neymar Braziliya millisindəki karyerasını başa vurdu

Qafar Ağayev08:47 - Bu gün
Neymar Braziliya millisindəki karyerasını başa vurdu

2026-cı il FIFA Dünya Çempionatının 1/8 final mərhələsində Norveçə 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşan Braziliya millisində ulduz futbolçu Neymar yığma karyerasını başa vurduğunu açıqlayıb.

1news.az xəbər verir ki, Neymar qarşılaşmadan sonra Braziliyanın Globo nəşrinə açıqlamasında milli komandadakı çıxışlarına son qoyduğunu bildirib.

"Çalışdım, amma artıq hər şey bitdi. Burada nöqtəni qoyuram", – deyə 34 yaşlı hücumçu vurğulayıb.

Beləliklə, Neymar Braziliya millisindəki karyerasını 130 oyunda vurduğu 80 qolla başa vurub. O, bu göstərici ilə "Sambaçılar"ın tarixində ən çox qol vuran futbolçu kimi yadda qalıb.

Paylaş:
106

Son xəbərlər

Laçına dolu düşüb

04 / 07 / 2026, 16:10
Bütün xəbərlər