ABŞ-də anomal istilər 25 nəfərin həyatına son qoydu | 1news.az | Xəbərlər
Dünya

ABŞ-də anomal istilər 25 nəfərin həyatına son qoydu

Oksana Orucova10:46 - 06 / 07 / 2026
ABŞ-də anomal istilər 25 nəfərin həyatına son qoydu

ABŞ-də təxminən bir həftədir davam edən anomal isti hava şəraiti nəticəsində azı 25 nəfər həyatını itirib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, ölkə üzrə təxminən 40 milyon nəfər üçün isti hava xəbərdarlığı edilib.

Şərq və cənub ştatlarında havanın temperaturu 40,5 dərəcəyədək yüksəlib.

Rəsmilərin məlumatına görə, isti hava səbəbindən Nyu-Cersi ştatında 22, Missisipidə 2, İllinoysda isə 1 nəfər ölüb.

ABŞ Milli Hava Xidməti (NWS) isti hava xəbərdarlıqlarının davam edəcəyini bildirib. Proqnozlara əsasən, Vaşinqton, Filadelfiya, Baltimor, Roli, Çarlston və Ceksonvill şəhərlərində temperaturun 37,7–40,5 dərəcə arasında olacağı gözlənilir.

Paylaş:
344

Son xəbərlər

Gürcüstanda zəlzələ olub

25 / 07 / 2026, 18:03

Qızıl bahalaşdı

25 / 07 / 2026, 16:21
Bütün xəbərlər