Qəbul imtahanına hazırlaşan məktəbli partlayışın qurbanı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbul imtahanına hazırlaşan məktəbli partlayışın qurbanı olub

First News Media12:46 - Bu gün
Qəbul imtahanına hazırlaşan məktəbli partlayışın qurbanı olub

İyulun 4-ü paytaxtın Yasamal rayonunda baş verən partlayışda ölən yeniyetmə qız bir neçə gün əvvəl ali məktəbə qəbul imtahanı veribmiş.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 158 saylı orta məktəbdən məzun olan 2010-cu il təvəllüdlü Zəhra İsrafilova iyulun 5-i ikinci cəhd imtahanında iştirak edəcəkmiş.

Qeyd edək ki, hadisə Ümid Əkbərov küçəsində ikimərtəbəli evdə baş verib. Partlayış nəticəsində Z.İsrafilova həlak olub, daha 3 nəfər xəsarət alıb.

Hadisənin qaz sızmasından baş verməsi ehtimal edilir.

 

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər