Filipe Luis "Monako"nun baş məşqçisi olub | 1news.az | Xəbərlər
Dünya

Filipe Luis "Monako"nun baş məşqçisi olub

First News Media16:44 - Bu gün
Filipe Luis "Monako"nun baş məşqçisi olub

Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

40 yaşlı braziliyalı mütəxəssislə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.

F.Luis daha əvvəl 2023-cü ildə futbolçu karyerasını başa vurduğu "Flamenqo"ya (2024-2026) rəhbərlik edib. Braziliya millisinin keçmiş oyunçusu "Atletiko", "Çelsi" və "Deportivo" kimi tanınmış komandalarda da çıxış edib.

Xatırladaq ki, "Monako"nun əvvəlki baş məşqçisi 2025-ci ilin oktyabrından iyunun 1-dək komandaya rəhbərlik edən Sebastyan Pokonyoli olub. Komanda 2025/2026 mövsümündə 54 xalla Liqa 1-də yeddinci yeri tutub.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər