Konqoda Ebola qurbanlarının sayı 1405 nəfərə çatdı | 1news.az | Xəbərlər
Dünya

Konqoda Ebola qurbanlarının sayı 1405 nəfərə çatdı

Oksana Orucova09:24 - Bu gün
Konqoda Ebola qurbanlarının sayı 1405 nəfərə çatdı

Konqo Demokratik Respublikasında (KDR) mayın 15-də elan edilən Ebola epidemiyası davam edir.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son məlumata görə, təsdiqlənmiş yoluxma hallarının sayı 3 min 200-ə, ölənlərin sayı isə 1405-ə yüksəlib.

Məlumatda bildirilir ki, epidemiya İturi, Şimali Kivu, Cənubi Kivu, Haut-Uele və Tshopo əyalətlərini əhatə edir. Hazırda 773 nəfər xəstəxana və izolyasiya mərkəzlərində müalicə alır, 571 nəfər isə sağalaraq evə buraxılıb.

Səhiyyə orqanları virusun yayılmasının qarşısını almaq məqsədilə xəstələrin müalicəsi və təmasda olan şəxslərin müəyyən edilərək izlənməsi istiqamətində tədbirləri davam etdirir.

Qeyd edək ki, Konqo Demokratik Respublikasının şərqində yerləşən İturi əyalətində qeydə alınan 246 şübhəli yoluxma və 65 ölüm faktından sonra mayın 15-də ölkədə Ebola epidemiyası elan olunub. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə mayın 17-də beynəlxalq ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

Səhiyyə rəsmilərinin məlumatına görə, hazırkı epidemiya Ebola virusunun nadir növlərindən biri olan Bundibugyo ştamından qaynaqlanır və bu virusa qarşı təsdiqlənmiş müalicə üsulu və ya peyvənd mövcud deyil.

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər