Türkiyədə meşə YANĞINI
Türkiyənin Antalya bölgəsinin Kaş rayonunda meşə yanğını baş verib.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğının söndürülməsi istiqamətində havadan və qurudan müdaxilə tədbirləri davam etdirilir.
Məlumata görə, Üzümlü məhəlləsində yerləşən meşəlik ərazidə hələlik naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə Antalya Meşə Regional İdarəsinin və yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb olunub. Yanğına ilkin mərhələdə 6 helikopter, 3 təyyarə, 14 yanğınsöndürən texnika, 5 su təchizatı maşını, 2 ilkin müdaxilə avtomobili və 135 meşə işçisi ilə müdaxilə edilir.
Küləyin təsiri ilə genişlənən yanğının nəzarət altına alınması üçün havadan və qurudan söndürmə işləri fasiləsiz davam etdirilir.
81











