GEROPHARM Azərbaycanda tirzepatid əsaslı ilk preparatı təqdim edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

GEROPHARM Azərbaycanda tirzepatid əsaslı ilk preparatı təqdim edib - FOTO

16:55 - Bu gün
GEROPHARM Azərbaycanda tirzepatid əsaslı ilk preparatı təqdim edib - FOTO

GEROPHARM şirkəti Azərbaycanda tirzepatid əsaslı ilk şpris-qələm preparatı olan Sejaro®-nu təqdim edib.

Bu addım piylənmə və 2-ci tip şəkərli diabetin müalicəsində müasir yanaşmaların inkişafında mühüm mərhələ hesab olunur.

Son bir neçə ildə tirzepatid dünya endokrinologiyasında ən çox müzakirə olunan innovativ molekullardan birinə çevrilib. Molekul beynəlxalq bazarlarda təqdim olunan Mounjaro® preparatı sayəsində geniş tanınıb. Sejaro®, aktiv maddəsi tirzepatid olan orijinal preparatın analoqudur.

Preparatın daxili orqanların ətrafında yığılan və ən təhlükəli piy növü hesab edilən visseral piy toxumasına təsiri tibb birliyinin xüsusi diqqət mərkəzindədir. Çünki məhz bu piy növü 2-ci tip şəkərli diabet, arterial hipertenziya və ürək-damar xəstəliklərinin yaranma riskini kəskin şəkildə artırır.

Beynəlxalq klinik tədqiqatların nəticələrinə əsasən, tirzepatidin istifadəsi şəkərli diabeti olmayan pasiyentlərdə 72 həftə ərzində bədən çəkisinin 22,5%-dək azalmasına, həmçinin bel çevrəsinin orta hesabla 14,6 sm azalmasına imkan verib. Mütəxəssislərin əlavə marağı preparatın ikiqat təsir mexanizmi ilə əlaqədardır. Bu mexanizm eyni zamanda iştahın tənzimlənməsinə, maddələr mübadiləsinə və qanda qlükoza səviyyəsinə təsir göstərir.

Azərbaycanda tirzepatid əsaslı ilk şpris-qələm preparatınını təqdimatı ölkədə piylənmənin yayılma səviyyəsi nəzərə alındıqda xüsusilə акtualdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, Azərbaycanda yetkin əhalinin dörddə birindən çoxu piylənmədən əziyyət çəkir, 62%-dən çoxunda isə artıq çəki və ya piylənmə müşahidə olunur. Piylənmə xroniki xəstəlik olmaqla yanaşı, 2-ci tip şəkərli diabet, ürək-damar və digər xəstəliklərin inkişafı üçün əsas risk faktorlarından biridir.

 

"Sejaro® piylənmənin müalicəsində əhəmiyyətli irəliləyişdir. İnanırıq ki, bu innovativ preparat pasiyentlərə sağlamlıqlarını və həyat keyfiyyətlərini bərpa etməyə kömək edəcək, eyni zamanda bu ciddi xəstəliyin geniş yayılması ilə mübarizədə mühüm vasitəyə çevriləcək", – deyə GEROPHARM şirkətinin baş direktoru Pyotr Rodionov bildirib.

 

***

GEROPHARM GxP standartlarına uyğun fəaliyyət göstərən beynəlxalq biotexnoloji preparatlar istehsalçısıdır. Şirkət nevrologiya, endokrinologiya, oftalmologiya, ginekologiya və urologiya sahələrində istifadə olunan dərman preparatları istehsal edir. Şirkətin məhsulları dünyanın 14 ölkəsinin tibbi ictimaiyyəti tərəfindən geniş istifadə olunur.

Azərbaycanda GEROPHARM 2014-cü ildən etibarən öz nümayəndəliyi vasitəsilə fəaliyyət göstərir və ölkənin tibb ictimaiyyəti və pasiyentləri ilə uzunmüddətli əməkdaşlığın inkişafına töhfə verir. Şirkət hazırda şəkərli diabet və piylənmənin müalicəsi istiqamətində fəaliyyətini genişləndirərək pasiyentlərin müasir biotexnoloji preparatlara çıxış imkanlarını artırmağa davam edir.

Reklam hüququnda

Paylaş:
136

Son xəbərlər

Bütün xəbərlər