Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisə nəticəsində iki nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisə nəticəsində iki nəfər xəsarət alıb

Qafar Ağayev17:47 - Bu gün
Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisə nəticəsində iki nəfər xəsarət alıb

Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan 27.11.1961-ci il təvəllüdlü qadın və 20.10.1998-ci təvəllüdlü kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, Aparılan müayinələr nəticəsində qadın pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib və sınıq gips longetlə fiksasiya olunub.

Digər psiyentə sol pəncənin 3 cü barmagın kəsilmiş yarası diaqnozu müəyyən edilib. Yara 1 cili  işlənib və aseptic sargı qoyulub.

Pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Onlara ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.

Vətəndaşlara küləkli hava şəraitində iri ağacların, köhnə tikililərin və təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında dayanmamaq, zərurət olmadıqda isə açıq havada uzun müddət qalmamaq tövsiyə olunur.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər