195E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

195E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Qafar Ağayev17:25 - 27 / 07 / 2026
195E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin təmin edilməsi məqsədilə iyulun 28-dən Qaradağ rayonu, Ələt qəsəbəsini Səbail rayonu, 20-ci Sahə dairəsi ilə əlaqələndirən 195E nömrəli yeni ekspres marşrutu fəaliyyətə başlayır.

Bu barədə 1news.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, "Neoplan" markalı 7 ədəd böyüktutumlu avtobus sərnişinlərə hər gün saat 06:30-dan 21:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Ekspres marşrutun daşıyıcısı “BakuBus” MMC-dir.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 1,50 AZN müəyyən edilib.

Paylaş:
262

Son xəbərlər

Azərbaycan nefti bahalaşıb

22 / 08 / 2026, 13:41
Bütün xəbərlər