"Kəpəz" Ehtiram Şahverdiyevlə vidalaşıb
"Kəpəz" futbolçu Ehtiram Şahverdiyevlə yollarını ayırıb.
1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti başa çatıb.
Xatırladaq ki, Ehtiram Şahverdiyev ötən mövsüm "Kəpəz"də 32 oyunda 1 qola imza atıb.
61










