Ötən gün 11 tondan çox çətənə kolu məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün 11 tondan çox çətənə kolu məhv edilib

Qafar Ağayev10:15 - Bu gün
Ötən gün 11 tondan çox çətənə kolu məhv edilib

Azərbaycanda iyulun 10-da keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ümumi çəkisi 36 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müsadirə olunan narkotik vasitələrin 2 kiloqrama yaxını heroin, 33 kiloqramdan çoxu marixuana, 400 qrama yaxını isə metamfetamin olub.

Bundan əlavə, ötən gün keçirilən tədbirlər zamanı yabanı halda bitmiş 11 ton 770 kiloqram çətənə kolu aşkar edilərək məhv olunub.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər