Bakıda oğurluq edən şəxslər saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda oğurluq edən şəxslər saxlanıldı

First News Media15:32 - Bu gün
Bakıda oğurluq edən şəxslər saxlanıldı

Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 4800 manat dəyərində elektrik avadanlıqları oğurlanıb. 

1news.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı Ə.Şirəliyev saxlanılıb. Araşdırmalarla onun oğurladığı əşyaları satdığı müəyyən edilib.

Rayon ərazisində polis əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə dəyəri 2000 manat olan velosiped oğurlamaqda şübhəli bilinən 23 yaşlı N.Nəcəfov və 31 yaşlı T.Babayev də saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər