Jan-Mişel Bryun: Qarabağ müharibəsi zamanı Qərbdə münaqişənin birtərəfli işıqlandırıldığını gördüm | 1news.az | Xəbərlər
Cəmiyyət

Jan-Mişel Bryun: Qarabağ müharibəsi zamanı Qərbdə münaqişənin birtərəfli işıqlandırıldığını gördüm

Faiqə Məmmədova12:35 - Bu gün
Jan-Mişel Bryun: Qarabağ müharibəsi zamanı Qərbdə münaqişənin birtərəfli işıqlandırıldığını gördüm

“Azərbaycanla ilk dəfə çox əvvəl, hələ 1983-cü ildə maraqlanmağa başlamışam”.

Bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) təşəbbüsü ilə Bakıda keçirilən “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” adlı beynəlxalq konfrans çərçivəsində “Fransa Müsəlmanları” xəbər portalının təsisçisi Jan-Mişel Bryun 1news.az-a açıqlamasında deyib.

“Daha sonra Qarabağ müharibəsi zamanı yenidən həmin mövzuya qayıtdım. O vaxt bunu tez-tez “erməni məsələsi” adlandırırdılar. Müşahidə etdim ki, informasiya məkanında yalnız erməni tərəfinin mövqeyi səsləndirilir, Azərbaycan tərəfinə isə demək olar ki, söz verilmir”.

Onun sözlərinə görə, ermənilərin Qafqazda mövcudluğuna dair tarixi narrativin də öyrəndiklərindən ciddi şəkildə fərqləndiyini anlayıb.

“Daha sonra Azərbaycanın o zamankı Fransadakı səfiri Rəhman Mustafayevlə görüşdüm. O mənə dedi: “Azərbaycana gedin”. Mən də elə etdim və bu ölkəni kəşf etdim. İlk dəfə bura gələn bir çox fransız kimi, bu mənim üçün də inanılmaz bir kəşf oldu. Zəngin mədəniyyətə malik, son dərəcə qonaqpərvər insanların yaşadığı möhtəşəm bir ölkə ilə tanış oldum. Eyni zamanda Azərbaycanın əsl tarixini öyrəndim. Bu, Qərbdə bir çox insanın bilmədiyi tarixdir. O vaxtdan bəri son beş ildə ildə bir neçə dəfə Azərbaycana gəlirəm və bu gün bu ölkəni demək olar ki, ikinci vətənim hesab edirəm”.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər