Fatiməni qətlə yetirməkdə ittiham olunan xalası oğlu Batumidə tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Fatiməni qətlə yetirməkdə ittiham olunan xalası oğlu Batumidə tutuldu

First News Media15:18 - Bu gün
Fatiməni qətlə yetirməkdə ittiham olunan xalası oğlu Batumidə tutuldu

Gürcüstanda xalası qızı Fatimə Kərimovanı qətlə yetirməkdə ittiham olunan Azərbaycan vətəndaşı Emin Əliyev Batumi Beynəlxalq Hava Limanında saxlanılıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, Əliyevin saxlanılması Türkiyə və Azərbaycan polisi ilə koordinasiya, həmçinin Gürcüstan DİN-in Türkiyədəki ataşesinin cəlb edilməsi ilə həyata keçirilib.

Qeyd edək ki, daha əvvəl Fatimə Kərimovanı qətlə yetirməkdə təqsirləndirilən Ağcabədi sakini Emin Əliyevin Türkiyə saxlanıldığı barədə xəbər yayılmışdı. Onun Gürcüstana təhvil verilməsi ilə bağlı işlərin aparıldığı bildirilirdi. 

Xatırladaq ki, Gürcüstan mediasında yayılmış məlumata görə, Tbilisidə qonaq olan 21 yaşlı Fatimə Kərimova iyunun 26-sı xüsusi amansızlıqla qətlə yetirilib. E.Əliyevin 21 yaşlı xalası qızını 2 həftə ərzində mənzildə kilidli saxladığı, vəhşicəsinə döydüyü, daha sonra isə boğaraq öldürdüyü qeyd edilib. 

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər