Sedrik Avundu: Azərbaycan xalqların dekolonizasiyası prosesinin təşviqində mühüm rol oynayır | 1news.az | Xəbərlər
Siyasət

Sedrik Avundu: Azərbaycan xalqların dekolonizasiyası prosesinin təşviqində mühüm rol oynayır

Faiqə Məmmədova12:14 - Bu gün
Sedrik Avundu: Azərbaycan xalqların dekolonizasiyası prosesinin təşviqində mühüm rol oynayır

“Azərbaycan və Bakı Təşəbbüs Qrupu xalqların dekolonizasiyası prosesinin təşviqində mühüm rol oynayır”.

Bunu 1news.az-a Bakıda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşəbbüsü ilə keçirilən “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” adlı beynəlxalq konfrans çərçivəsində Konqo Demokratik Respublikasının iri onlayn nəşrlərindən birinin baş direktoru Sedrik Avundu deyib.

Qonağın sözlərinə görə, o, dekolonizasiya ilə bağlı müzakirələrə öz töhfəsini vermək məqsədilə Bakıya gəlib:

“Qoşulmama siyasətinə sadiq olan ölkə kimi Azərbaycan insanların açıq şəkildə düşüncələrini ifadə edə və fikirlərini bölüşə biləcəyi mühüm platforma təqdim edir. Marjinallaşdırılmış icmaların səsinin eşidilməsi əksər hallarda çətin olur. Lakin burada, Bakıda, Bakı Təşəbbüs Qrupunun sayəsində öz səsimizi ucaltmaq və sərbəst danışmaq imkanı əldə etmişik. Məhz buna görə də bu platforma düşüncə tərzinin dəyişdirilməsi və ilk növbədə dekolonizasiya ideyalarının təşviqi baxımından güclü qüvvədir”.

Sedrik Avundu paytaxt Bakı ilə bağlı təəssüratlarını da bölüşüb:

“Bu, mənim Azərbaycana ikinci səfərimdir. İnsanlar son dərəcə qonaqpərvərdir, Azərbaycan isə möhtəşəm ölkədir. Buradakı insanları, milli mətbəxi və ümumi ab-havanı çox bəyəndim. Hər şey sadəcə möhtəşəmdir”.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər