Deputat: Azərbaycanda həvəskar balıqçılıq ayrıca qanunla tənzimlənməlidir
“Azərbaycanda həvəskar balıqçılığın hüquqi tənzimlənməsinin təkmilləşdirilməsinə ehtiyac var”.
1news.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, dünyada həvəskar balıqçılığa maraq getdikcə artır və bu sahə təbii resursların dayanıqlı idarə olunması baxımından beynəlxalq gündəmdə mühüm yer tutur.
Onun sözlərinə görə, bir sıra Avropa ölkələrində həvəskar balıqçılığı tənzimləyən ayrıca qanunvericilik mövcuddur.
“Almaniyada bu sahədə ciddi tələblərin tətbiq edildiyini, Türkiyədə isə həvəskar balıqçılıqla bağlı ayrıca qanunun var”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycanda da həvəskar balıqçılıqla bağlı hüquqi bazanın genişləndirilməsi məqsədəuyğundur.
“Bu sahədə icazələrin verilməsi, ov normaları və digər məsələlər daha ətraflı qanunvericiliklə tənzimlənə bilər”.












