Tramp: "TikTok-da ən çox izlənilən şəxs mənəm"
ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsində çıxışı zamanı TikTok platforması ilə bağlı diqqətçəkən açıqlamalar verib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp bildirib ki, bir çox insan TikTok-u tənqid etsə də, platformada ən populyar şəxsin məhz özü olduğunu iddia edir.
"Dünən axşam göstəricilərə baxdıq. TikTok-da birinci yerdəyəm. İnsanlar bu platformanın təhlükəli olduğunu, kommunizmi və zərərli məzmunu yaydığını deyirlər. Amma fakt budur ki, TikTok-da ən çox izlənilən şəxs mənəm. Videolarım ümumilikdə 4 milyard baxış toplayıb. İnsanlar prioritetlərini düzgün müəyyənləşdirməlidirlər", – deyə Tramp vurğulayıb.
65












