Aİ əhalisi 452 milyona çatıb | 1news.az | Xəbərlər
Dünya

Aİ əhalisi 452 milyona çatıb

Oksana Orucova15:33 - Bu gün
Aİ əhalisi 452 milyona çatıb

Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin ümumi əhalisi 2026-cı ilin əvvəlinə olan məlumata görə 452 milyona yüksəlib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Statistika Ofisi (Eurostat) məlumat yayıb.

Məlumata əsasən, Aİ əhalisi ötən illə müqayisədə 706 min nəfər artaraq 2026-cı il yanvarın 1-nə 452 milyon nəfərə çatıb.

Beləliklə, 2021-ci ildə COVID-19 pandemiyası dövründə qeydə alınan azalmanın ardından Aİ əhalisi ardıcıl beşinci ildir artımını davam etdirir. Son 10 ildə ittifaqın əhalisi 8 milyon, son 20 ildə isə 16 milyon nəfər artıb.

2026-cı ilin əvvəlinə olan statistikaya görə, Aİ-də ən çox əhaliyə malik ölkə 83,5 milyon nəfərlə Almaniya olub. Sonrakı yerlərdə 69,1 milyon nəfərlə Fransa, 58,9 milyon nəfərlə İtaliya, 49,6 milyon nəfərlə İspaniya və 36,3 milyon nəfərlə Polşa qərarlaşıb.

Eurostatın məlumatları göstərir ki, Aİ-də 2012-ci ildən bəri ölüm sayı doğum sayını üstələyir. Buna baxmayaraq, əhalinin təbii azalması xalis miqrasiya hesabına kompensasiya olunur.

Qeyd edək ki, eyni dövrdə Türkiyənin əhalisi 86 milyon 92 min 168 nəfər olaraq qeydə alınıb.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər