Türkiyədə “Babala TV”nin təsisçisi Oğuzhan Uğur saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə “Babala TV”nin təsisçisi Oğuzhan Uğur saxlanılıb

Qafar Ağayev09:45 - 17 / 07 / 2026
Türkiyədə “Babala TV”nin təsisçisi Oğuzhan Uğur saxlanılıb

Türkiyədə "Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb.

1news.az xəbər verir ki, Oğuzhan Uğur bu gün səhər saatlarında İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən Çəkməköydəki evində saxlanılıb.

Məlumata görə, istintaq çərçivəsində daha 8 nəfər barəsində də saxlanılma qərarı verilib.

İş üzrə araşdırma aparan Baş Prokurorluq hələlik istintaqın predmeti ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Oğuzhan Uğur xüsusilə "Ahbap" Dərnəyinə göstərdiyi dəstəklə tanınır.

Paylaş:
396

Son xəbərlər

Bütün xəbərlər