Türkiyədə 687 nəfərin vətəndaşlığı ləğv olundu
Türkiyədə qanunsuz yollarla vətəndaşlıq aldıqları müəyyən edilən 687 nəfərin vətəndaşlığı ləğv edilib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlək sosial şəbəkə hesabında paylaşım edib.
Nazirin sözlərinə görə, qanunsuz vətəndaşlıq əldə edilməsi ilə bağlı İstanbul da daxil olmaqla 16 vilayətdə 90 şübhəliyə qarşı əməliyyat keçirilib. Əməliyyat nəticəsində 72 nəfər saxlanılıb.
66












