Siciliyada meşə yanğınları genişlənir: yüzlərlə insan təxliyə edildi | 1news.az | Xəbərlər
Dünya

Siciliyada meşə yanğınları genişlənir: yüzlərlə insan təxliyə edildi

Oksana Orucova14:21 - Bu gün
Siciliyada meşə yanğınları genişlənir: yüzlərlə insan təxliyə edildi

İtaliyanın Siciliya adasında müxtəlif bölgələrdə baş verən güclü meşə yanğınları davam edir.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, yanğınların söndürülməsinə yanğınsöndürənlər, mülki müdafiə və meşə təsərrüfatı əməkdaşları cəlb olunub.

Palermo şəhəri yaxınlığında, Lonqa dağı ətrafında başlayan yanğın güclü küləyin təsiri ilə genişlənib. Trabia bölgəsindəki alovlar bəzi yolların bağlanmasına və yaşayış məntəqələrinin təhlükə altına düşməsinə səbəb olub.

Bəzi evlərin yaxınlığına çatan yanğınlar səbəbilə təhlükəli ərazilərdə yaşayan insanlar təxliyə edilib. Siciliyanın cənubundakı Santo Stefano Quisquina qəsəbəsi yaxınlığında baş verən yanğın nəticəsində isə 100-dən çox sakin ərazidən çıxarılıb.

Yanğınlarla mübarizəyə çox sayda helikopter və yanğınsöndürmə təyyarəsi də cəlb edilib. Alovlar bəzi bölgələrdə elektrik kəsintilərinə və yolların bağlanmasına səbəb olaraq gündəlik həyata mənfi təsir göstərib.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər