Dual peşə təhsilində tələbələrin sayının 2560-a çatdırılması hədəflənir
“Peşə təhsilində bizim çox önəm verdiyimiz dual peşə təhsili istiqamətidir”.
1news.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə çıxışı zamanı bildirib.
“Dual peşə təhsilinin inkişafı bizim artıq neçə müddətdir hədəflərimizdən biridir və bu, bizim əsas inkişaf istiqamətlərimizdən həm də biridir.
Bu modeldə tələbə nəzəri biliklərlə yanaşı, peşə təhsili müəssisəsində nəzəri biliklər əldə edir, praktiki bacarıqları isə birbaşa iş yerində əldə edir.
2023-cü ildə dual proqramlarda bizim 800-dən yuxarı, 900-ə yaxın tələbə təhsil alırdısa, 2026-cı ildə bu göstəricinin 2560 nəfərə çatdırılmasını hədəfləmişik.
Hazırda dual təhsil ölkənin 22 regionu, 57 ixtisas və 32 peşə təhsili müəssisəsini və 150-dən artıq işəgötürəni əhatə edir.
Bu, yalnız təhsil modeli değil, eyni zamanda təhsildən məşğulluğa daha qısa və səmərəli keçid mexanizmidir”.












