Peşə təhsili müəssisələrində 1000-ə yaxın yataqxana yeri mövcuddur
“Regionlararası tələbə hərəkətliliyinin təmin olunması üçün yataqxana imkanları da mühüm əhəmiyyət daşıyır”.
1news.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə çıxışı zamanı bildirib.
“Hazırda bizim 8 peşə təhsili müəssisəmizdə ümumilikdə 1000-ə yakın yataqxana yeri mövcuddur. Yataqxanalarımız Bərdə, Cəlilabad, İsmayıllı, Qəbələ, Bakı, Lənkəran və Gəncə şəhərlərində yerləşir.
Namizədlər yataqxana imkanları barədə müvafiq peşə təhsili müəssisəsindən əlavə məlumat ala bilərlər. Bununla bağlı biz müvafiq sosial hesablarımızda da əlavə məlumatlar verəcəyik. Peşə müəssisəsində yerləşən yataqxanaların vəziyyəti ilə bağlı müvafiq videomateriallar da dərc olunacaqdır. Düşünürəm ki, namizədlər ora baxaraq da belə deyək, yataqxana seçimində müəyyən qərara gələ bilərlər”.












