Peşə təhsilində illik təhsil haqları AÇIQLANDI: Ödənişlər 500 manatdan başlayır
“Ödənişli təhsil proqramlarında illik təhsil haqqı müəyyən olunur və bu təhsil haqqı təhsil səviyyəsinə və proqramın xüsusiyyətlərinə görə dəyişir”.
1news.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə çıxışı zamanı bildirib.
“İlk peşə təhsili üzrə illik ödəniş 500–800 manat aralığındadır. Texniki peşə təhsili üzrə bu qiymətlər 500–1700 manat aralığındadır. Yüksək texniki peşə təhsili üzrə isə 1280–2700 manat aralığında dəyişməkdədir.
Bununla yanaşı bizim təqdim etdiyimiz sertifikat proqramlarında qiymət fərqlidir. Bu təbii ki, tərəfdaş təşkilatlarla həyata keçirilir və beynəlxalq sertifikatla tamamlanan proqramlardır. Burda qiymətlər 2500–6500 manat arasında dəyişməkdədir”.
81












