Buzovnada dənizdə batan iki qardaşdan daha birinin meyiti tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Buzovnada dənizdə batan iki qardaşdan daha birinin meyiti tapıldı

First News Media10:11 - Bu gün
Buzovnada dənizdə batan iki qardaşdan daha birinin meyiti tapıldı

Avqustun 2-si 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə 1news.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, iki gün əvvəl gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub. 2009-cu il təvəllüdlü Həmidova Aysel Rafiq qızı xilas olunub, ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Həmidov Əli Rafiq oğlunun meyiti isə sahildə aşkar edilib.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər