Nəzarətsiz ərazidə dənizə girən 15 yaşlı yeniyetmənin taleyi faciə ilə nəticələndi
Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində nəzarətsiz ərazidə dənizdə batan 15 yaşlı yeniyetmənin meyiti tapılıb.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən 15 kilometr aralı ərazidə baş verib.
Məlumata görə, 2011-ci il təvəllüdlü Həsən Asif oğlu Əlihəsənov dənizdə əmisi ilə birlikdə batıb. Əmisi daha əvvəl sudan çıxarılsa da, yeniyetmənin axtarışları davam etdirilirdi.
Axtarışlar başa çatıb və Həsən Əlihəsənovun nəşi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
78












