AYNA: Bakıda mikromobillik vasitələri 6,9 milyon dəfədən çox sifariş olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

AYNA: Bakıda mikromobillik vasitələri 6,9 milyon dəfədən çox sifariş olunub

Qafar Ağayev10:35 - Bu gün
AYNA: Bakıda mikromobillik vasitələri 6,9 milyon dəfədən çox sifariş olunub

Bakıda son iki ildə mikromobillik vasitələrindən istifadə genişlənib.

1news.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, paytaxtda mikromobillik infrastrukturunun yaradılmasına başlanıldığı vaxtdan velosiped və elektrikli skuterlər 6,9 milyon dəfədən çox sifariş olunub.

Bu müddət ərzində istifadəçilər mikromobillik vasitələri ilə 18 milyon km-ə yaxın məsafə qət ediblər. Qeyd olunub ki, statistika yalnız kirayə xidmətlərini əhatə edir, şəxsi velosiped və skuterlərdən istifadə bu göstəricilərə daxil deyil.

Cari ilin yanvar-iyul aylarında isə kirayə xidmətində olan velosiped və skuterlər 2 297 405 dəfə sifariş edilib. Həmin dövrdə mikromobillik vasitələrindən istifadə edənlərin sayı 1 160 228 nəfər olub. İstifadəçilər ümumilikdə 4 918 839 km məsafə qət ediblər.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həm sifarişlərin, həm də istifadəçi sayının 1,2 dəfə artması deməkdir.

Hazırda Bakıda mikromobillik zolaqlarının ümumi uzunluğu 66,6 km-ə çatdırılıb. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq bu zolaqların uzunluğunun 100 km-ə çatdırılması nəzərdə tutulur.

AYNA qeyd edib ki, son iki ildə əldə olunan nəticələr Bakıda mikromobilliyin şəhərin müasir və dayanıqlı nəqliyyat sisteminin mühüm hissəsinə çevrildiyini göstərir.

Paylaş:
65

Son xəbərlər

Qızıl bahalaşıb

Bu gün, 10:30
Bütün xəbərlər