Balakəndə ağır qəza: üç nəfər həyatını itirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakəndə ağır qəza: üç nəfər həyatını itirib

First News Media10:45 - 10 / 08 / 2026
Balakəndə ağır qəza: üç nəfər həyatını itirib

Balakən rayonunda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakənin Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Hyundai”, “KIA” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər ağır xəsarətlər alaraq hadisə yerində ölüb.

Ölənlərdən birinin “Toyota”da olan sərnişin, Balakənin Sarıbulaq kənd sakini Rəşad Mütəllibov, digərinin isə “Hyundai”nin sürücüsü, Katex kənd sakini Məryəm Hoorsova olduğu bildirilir.

Qəza nəticəsində xəsarət alanların da olduğu qeyd olunur.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Paylaş:
275

Son xəbərlər

Bütün xəbərlər