Ukraynadan Tatarıstana PUA hücumu: 10 nəfər ölüb, matəm elan olunub
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Tatarıstan Respublikasına pilotsuz uçuş aparatları ilə hücum edib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində Nijnekamsk şəhərində sənaye və mülki obyektlərə zərbələr endirilib, ölən və yaralananlar var.
“Shot” teleqram kanalının yaydığı məlumata görə, hücum nəticəsində 10 nəfər ölüb, daha 15 nəfər yaralanıb.
Tatarıstan rəhbəri Rüstəm Minnixanovun qərarı ilə Nijnekamsk şəhərinə PUA hücumu zamanı həlak olanların xatirəsinə matəm elan edilib.
113











