Qohumunun evindən 4 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
Bakının Xətai rayonu ərazisində mənzillərdən birindən 4 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
1news.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxsin zərərçəkənin qohumu, 47 yaşlı N.Məmmədova olduğu müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı onun oğurladığı qızıl-zinət əşyalarını satdığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
62












