Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb
Balakən rayonunda avqustun 10-da baş verən zəncirvari qəzada xəsarət alan şəxslərdən daha biri ölüb.
1news.az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov müalicə olunduğu xəstəxanada həyatını itirib.
Qeyd edək ki, qəza zamanı üç avtomobil toqquşub, üç nəfər ölüb, iki nəfər xəsarət alıb.
65












